
Bakı, Azərbaycan Tam iş günü
Vəzifə haqqında
Mochiki MMC satış, istehsal və anbar məlumatlarını toplayıb təhlil edəcək, hesabat və dashboard-lar hazırlayacaq, təkrarlanan məlumat axınlarını və hesabatlılığı n8n, Power BI kimi alətlərlə avtomatlaşdıracaq Junior Data & Automation Analyst axtarır. Vəzifə data analitikası və proses avtomatlaşdırması sahəsində inkişaf etmək istəyən namizədlər üçün nəzərdə tutulub.
Əsas vəzifə öhdəlikləri
Satış kanalları (filiallar, market şəbəkələri, B2B, onlayn), istehsal və anbar üzrə məlumatların toplanması, yoxlanılması və sistemləşdirilməsi.
Gündəlik, həftəlik və aylıq hesabatların müəyyən olunmuş formatlarda hazırlanması.
Plan-fakt müqayisələrinin aparılması, kənarlaşmaların müəyyən edilməsi və rəhbərliyə təqdim edilməsi.
Satış dinamikası, məhsul çeşidi və filial göstəriciləri üzrə təhlillərin hazırlanması.
Məlumat keyfiyyətinə nəzarət: mənbələr arasında uyğunsuzluqların aşkarlanması və aidiyyəti komandalara bildirilməsi.
Excel modellərinin və hesabat şablonlarının aparılması və təkmilləşdirilməsi.
Dashboard-ların və vizual hesabatların qurulması və aktual saxlanması (Power BI və ya analoq).
Avtomatlaşdırma ssenarilərinin qurulması və dəstəklənməsi (n8n, Power Automate, Zapier və ya analoq): məlumatların avtomatik toplanması, hesabatların avtomatik formalaşdırılması və göndərilməsi, bildiriş və xəbərdarlıqlar.
ERP və digər sistemlərdən məlumatların çıxarılması və emalı; məlumat mənbələrinin avtomatlaşdırılmış proseslərə inteqrasiyası.
KPI göstəricilərinin hesablanmasına və izlənməsinə dəstək.
Rəhbərliyin sorğusu əsasında birdəfəlik (ad-hoc) təhlillərin hazırlanması.
İclas materiallarının və təqdimatların hazırlanmasında iştirak.
Tutduğu vəzifənin funksiyasına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
Ali təhsil (iqtisadiyyat, maliyyə, riyaziyyat, statistika, informatika, biznes idarəetməsi və ya əlaqəli sahə).
MS Excel — yüksək səviyyə (formullar, pivot cədvəllər, axtarış funksiyaları, qrafiklər).
Avtomatlaşdırma alətlərinə (n8n, Power Automate, Zapier və ya analoq) maraq və baza səviyyədə tanışlıq — kiçik şəxsi layihələrdən ibarət portfolio belə üstünlükdür.
Analitik düşüncə, rəqəmlərlə işləmə dəqiqliyi və detallara diqqət.
Nəticələri sadə və aydın formada təqdim etmə bacarığı.
Məsuliyyət, öyrənmə həvəsi və komandada işləmə bacarığı.
Azərbaycan dili mütləqdir; ingilis və/və ya rus dili üstünlükdür.
Təcrübə tələb olunmur; analitika, hesabatlılıq və ya avtomatlaşdırma sahəsində 1 ilə qədər təcrübə (təcrübə proqramı daxil) üstünlükdür.
Power BI, SQL, Python və ya API əsasları üstünlükdür.
ERP sistemləri ilə tanışlıq üstünlükdür.
Təklif edirik
Rəqabətli əmək haqqı və rəsmi əmək müqaviləsi.
Sabit, tam ştat iş (Bakı).
Data analitikası və avtomatlaşdırma sahəsində praktiki inkişaf və mentorluq.
Peşəkar iş mühiti və karyera imkanları.
Müraciət qaydası
CV-nizi «Junior Data & Automation Analyst» mövzusu ilə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.