Vəzifə haqqında
Otelimizin Mətbəx şöbəsinə komandamıza qoşulacaq Commis II axtarırıq. Bu vəzifə davamlı olaraq yüksək keyfiyyətli məhsul hazırlamağı və otelin xidmət standartlarına uyğun peşəkar iş göstərməyi nəzərə tutur.
Əsas öhdəliklər
Standart reseptlərə uyğun olaraq yeməklərin hazırlanması
Menyuda olan bütün qida məmulatları ilə tanış olmaq və təqdimat təlimatlarına əməl etmək
Tullantıların minimuma endirilməsi və yemək xərclərinin büdcəyə uyğunluğuna dəstək
Qonaqların xüsusi xahişlərinə çevik yanaşma
Təyin edilmiş iş sahəsinin daim təmiz və səliqəli saxlanılması
Gigiyena, sağlamlıq və texniki təhlükəsizlik qayda və prosedurlarına ciddi riayət
Mətbəx köməkçilərinə istiqamət verilməsi və komanda daxilində sıx əməkdaşlıq
Gündəlik iclaslarda və təlim sessiyalarında iştirak
Namizədə tələblər
Mətbəx sahəsində ən azı 1–2 il iş təcrübəsi (otel və ya restoran)
Peşə təhsili və ya kulinariya üzrə sertifikat üstünlükdür
Qida təhlükəsizliyi və gigiyena qaydaları haqqında biliklər
Növbəli iş qrafikində çalışmaq bacarığı
Komandada işləmək bacarığı, məsuliyyətlilik və detallara diqqət
Biz təklif edirik
Beynəlxalq otel şəbəkəsində karyera imkanları
Peşəkar təlim və inkişaf proqramları
İşçi yeməkhanası və uniforma
Tibbi sığorta
Dəstəkləyici və peşəkar komanda mühiti
Müraciət
CV-nizi [email protected] ünvanına, mövzu hissəsində "Commis II" qeyd etməklə göndərə bilərsiniz.
Son müraciət tarixi: 16/10/2026
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.