"Xurcun Coffee and Chain of Boutiques" premium brendlər şəbəkəsi dinamik və gülərüz Baristalar axtarır!
Vəzifə öhdəlikləri:
İsti və soyuq qəhvə içkilərinin premium xidmət standartlarına uyğun təqdim edilməsi;
Müştəri məmnuniyyətinin təmin edilməsi;
Şirkət tərəfindən göndərilən məhsulların qəbulu və qeydiyyatı;
İş sahəsində təmizliyə və sanitariya qaydalarına riayət edilməsi.
Tələblər:
Yaş həddi: 21– 32 yaş;
Təcrübə: ən azı bu sahədə 1-2 il
Dil bilikləri: Azərbaycan dili və Rus dili (MÜTLƏQDİR) , İngilis dili (arzuolunandır);
Qəhvə maşını, grinder (üyüdücü) və digər barista avadanlıqları ilə işləmək bacarığı;
Qida təhlükəsizliyi və gigiyena qaydaları haqqında məlumatlı olmaq;
Müştəriyönümlü yanaşma, nəzakətli və səlis danışıq qabiliyyəti;
Məsuliyyətli, intizamlı və komanda ilə operativ işləmək bacarığı.
İş şərtləri:
Ünvan: Ağ Şəhər və Xətai filialları
İş saatları: 9 saat Növbəli iş qrafiki
İstirahət: Həftədə 1 gün;
Əmək haqqı: 700 AZN NET;
Sakit, rahat və mehriban iş atmosferi.
Müraciət üçün: Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına, mövzu hissəsində "Barista" qeyd edərək göndərə bilərlər.