
Vəzifə öhdəlikləri:
Qəhvə və digər içkilərin standartlara (texnoloji kartlara) uyğun hazırlanması
Desertlərin təqdimatı və satışı
Kassa əməliyyatlarının aparılması
İş yerinin, avadanlığın və qəhvə dəyirmanının təmizliyinin və səliqəsinin qorunması
Müştərilərlə xoş ünsiyyət və xidmət keyfiyyətinin yüksək saxlanılması
Növbənin açılması/bağlanması, inventarın və xammal qalığının nəzarəti
Digər barista ilə növbə təhvil-təslimi
Namizədə tələblər:
Cins: Kişi
Yaş aralığı: 18-38
Təhsil: Tam orta təhsil
İş təcrübəsi: Ən azı 1 il barista təcrübəsi
Dil bilikləri:
Azərbaycan dili: sərbəst (mütləq)
Rus dili: orta səviyyə (müştərilərlə ünsiyyət üçün üstünlük)
İngilis dili: əsas səviyyə (üstünlük)
Tələblər:
Pomol və art bacarığı
Müştəri məmnuniyyətinə diqqət, nəzakətli və səliqəli görünüş
Məsuliyyətli, intizamlı və vaxta riayət edən olmaq
Təmizliyə və keyfiyyətə önəm vermək
Komandada işləmək bacarığı
İş şəraiti və əlavə imkanlar:
800 AZN sabit maaş + tips + bonus
Bonus sistemi ilə 1-2 ay ərzində ümumi gəlirin 1000+ AZN-ə çatması hədəfi
İş günləri: Bazar ertəsi – Bazar (həftədə 6 iş günü)
İş saatı: Bazar ertəsi – Cümə 09:00–23:00, Şənbə – Bazar 10:00–23:00 (2 növbəli, hər növbə 7 saat)
Həftədə 1 tam istirahət günü
Növbələrin digər barista ilə razılaşdırılması imkanı
Qeyd:
Tələbə olmayan namizədlər nəzərə alınır (iş qrafiki tam günlük olduğu üçün)
Hərbi xidmət ilə bağlı problemi olmamalıdır
Barista işini yaxşı bilən, təcrübəli işçi axtarılır
Müvəqqəti iş deyil. Uzunmüddətli işləmək niyyəti olan, sağlam mühitdə inkişaf etmək istəyən namizədlər nəzərdə tutulur
Sakit və sağlam mühitdə işləyə bilən, xaotik atmosfer istəməyən namizədlər üstünlük təşkil edir
Ünvan: Yasamal, Melissa Park yaşayış kompleksi
Müraciət üçün:
Maraqlanan şəxslərdən CV-lərini 0514414544 nömrəsinin WhatsApp-ına göndərmələri xahiş olunur.