
İş Barədə Məlumat:
Quşçuluq təsərrüfatında toyuq xəstəliklərinin baş verməsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
Quşçuluq təsərrüfatında toyuqların sağlamlaşdırılması yollarının araşdırılması və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi;
Quşların saxlanması, yemləndirilməsi və onlara qulluq edilməsində bütün işçilərin zoogigiyenik və baytarlıq qaydalarına əməl etməsinə nəzarət etmək;
Quşların qidalanması üçün nəzərdə tutulmuş suyun, yemin sanitar keyfiyyətinə, istifadə edilməsinə və saxlanmasına nəzarəti həyata keçirmək;
Təhkim olunmuş ərazidə Dezinseksiya və Deratizasiya işlərinin aparılmasına nəzarət etmək;
Görülən işlərlə bağlı hesabat təqdim etmək;
İş şəraiti
İş yeri: İmişli;
6 günlük iş rejimi;
Nahar şirkət tərəfindən təmin edildir;
Servis mövcüddur;
Əmək haqqı: Müsahibə əsasında .
Tələblər:
Bəy namizəd;
Yaş həddi: 22 - 45 yaş arası;
Baytarlıq sahəsi üzrə ali təhsil;
Sahə üzrə ən az 1 il təcrübə;
Quşçuluq sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
Dəqiqlik, məsuliyyət və qaydalara riayət etmə bacarığı;
Komanda ilə işləmə bacarığı və operativ qərarvermə qabiliyyəti.
Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi [email protected] elektron poçt ünvanımıza və ya 051-230-44-07 əlaqə nömrə whatsappına göndərə bilərsiz.