
Peşəkar komandamıza rəhbərliyin gündəlik fəaliyyətinə dəstək göstərəcək, yüksək təşkilatçılıq bacarıqlarına malik Executive Assistant axtarırıq.
Namizədə tələblər:
Executive Assistant, Personal Assistant və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi – mütləqdir
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis və rus dili biliyi tələb olunur.- mütləqdir
MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək – mütləqdir
Güclü ünsiyyət, planlama və koordinasiya bacarıqları
Məxfi məlumatlarla peşəkar şəkildə işləmək bacarığı
Operativ, məsuliyyətli və detallara diqqətli olmaq
Əsas vəzifələr:
Rəhbərin iş qrafikinin, görüşlərinin və ezamiyyətlərinin planlaşdırılması;
Rəsmi yazışmaların və biznes korespondensiyasının idarə olunması;
Hesabatların, təqdimatların və digər sənədlərin hazırlanması;
Daxili və xarici tərəfdaşlarla effektiv koordinasiyanın təmin edilməsi;
Rəhbərliyin inzibati və təşkilati işlərinə tam dəstək göstərilməsi.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına "Executive Assistant" başlığı ilə göndərə bilərlər.
Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.