
Əmək funksiyası
Universitetin Strateji İnkişaf Planına uyğun olaraq müvafiq hədəflərin icrasını təmin etmək;
Universitetin ümumi Fəaliyyət Planına əsasən Mərkəzin illik Fəaliyyət Planını hazırlamaq və rektorluğa təqdim etmək;
İllik Fəaliyyət Planının icrasına dair illik Hesabatı Universitetin Elmi Şurasına təqdim etmək;
Mərkəzin fəaliyyətini Universitetin digər struktur bölmələri və qeyri-formal təşkilatlaraa koordinasiyalı şəkildə icra etmək.
Məzunlarla İş
Universitetdə Məzun Platformasının yaradılmasını və idarə olunmasını təmin etmək;
Məzun şəbəkəsinin inkişafını, davamlı əlaqə sisteminin formalaşdırılmasını və əmək bazarı ilə institusional inteqrasiyanın gücləndirilməsini təmin etmək;
Məzunların əmək bazarında iştirakının izlənilməsi mexanizmlərinin yaradılmasını və tətbiqi təmin etmək;
Məzunların təhsil proqramı çərçivəsində əldə etdiyi səriştələr və təhsil proqramının keyfiyyət səviyyəsi üzrə məmnunluğun ölçülməsini və təhlilini təmin etmək;
Tələbə və məzunlar arasında keçirilən rəy sorğularının istiqamətlərinin müəyyən edilməsi, nəticələrinin təhlili və sorğu prosesinin effektivliyinin artırılması üzrə fəaliyyətləri təşkil etmək;
Tələbə və məzunların təklifləri əsasında tətbiq olunan yeniliklərin hazırlanması və həyata keçirilməsini təmin etmək;
Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirilməsinə nəzarət etmək;
Məzunların işlə təmin edilməsinə köməklik göstərmək;
Məzun günlərinin təşkili və keçirilməsini təşkil etmək;
Karyera İnkşafına dəstək
Təlim və seminar fəaliyyətlərinin planlaşdırılmasını və keçirilməsinə ümumi nəzarəti həyata keçirmək;
Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək;
Karyera inkişafına dəstək xidmətlərinin (CV hazırlanması, iş axtarışı üzrə məsləhət və s.) sistemli təşkili və keyfiyyətinə nəzarəti təmin etmək;
Vakansiyaların monitorinqi və işəgötürənlərlə əməkdaşlıq sisteminin qurulmasını və davamlılığını təmin etmək;
Universitetdə karyera günlərini təşkil etmək;
Tələbələrin ixtisas üzrə təcrübə hazırlığına dəstək
Təcrübə imkanlarının tələbələrə açıq və şəffaf şəkildə elan edilməsini təmin etmək (portal, e-mail, info sessiyalar vasitəsilə) və icrasına nəzarət etmək;
Təcrübə imkanları üzrə işəgötürənlərlə əməkdaşlıq mexanizminin qurulmasını təmin etmək;
Təcrübə proqramlarının təşkilində aidiyyəti struktur bölmələrlə (kafedra, Tədris Şöbəsi) koordinasiyanı təmin etmək;
Müəssisələrlə rəsmi əməkdaşlıq müqavilələrinin və protokolların hazırlanması və razılaşdırılmasını (Hüquq şöbəsi ilə) təmin etmək;
Hər müəssisə üzrə tələbə qəbulu kvotası, təcrübə müddəti, tələb olunan bacarıqlar və mentor/kurator təyinatının razılaşdırılmasını təmin etmək;
Təcrübə bazalarının elektron reyestrinin (database) yaradılmasını və mütəmadi yenilənməsinə nəzarət etmək;
Müəssisələr və təcrübədə iştirak edən tələbələr arasında məmnunluq sorğularının keçirilməsi və nəticələrinin təhlilinə nəzarət etmək;
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Bilməlidir
Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;
CV formalarının müasir tələblərə uyğun hazırlanmasını, tədbirlərin təşkilini, müəssisələrlə əlaqələrin qurulmasını;
Tələblər
Təhsil pilləsi (minimum): Bakalavr
İxtisası: Fərq qoyulmur
İş təcrübəsi (minimum): 5 (beş) ildən az olmayaraq əmək stajı
Dil bilikləri: İngilis dili səviyyəsini müəyyən edən beynəlxalq keyfiyyət sertifikatı (arzuolunandır)
Kompüter bilikləri: MS ofis proqramları
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.