
İş barədə məlumat:
Korporativ satış strategiyasının hazırlanması və icrasını təmin etmək;
Satış hədəflərinin müəyyən edilməsi və nəticələrin davamlı izlənilməsi;
Yeni korporativ müştərilərin və layihələrin cəlb edilməsi;
Mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın qurulması;
B2B və layihə satışlarının idarə olunması;
Tender və kommersiya təkliflərinin hazırlanması prosesində iştirak etmək;
Müştəri ehtiyaclarını təhlil edərək uyğun məhsul və həllərin təqdim olunmasını təmin etmək;
Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və satış prosesini yekunlaşdırmaq;
Satış komandası üçün hədəflərin müəyyən edilməsi, iş bölgüsünün aparılması və komandanın inkişaf etdirilməsi;
Satış göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Debitor borclarının və müqavilə öhdəliklərinin izlənilməsi.
İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək (şənbə günü növbəli və qısa iş günüdür)
Əmək haqqı: 1800-3000 (artan əmək haqqı + yüksək bonus)
Tələblər:
Ali təhsil arzuolunandır; İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq sahələri üzrə təhsili olan namizədlərə üstünlük verilir.
Texnologiya, elektronika, təhlükəsizlik sistemləri və ya əlaqəli sektorda iş təcrübəsi;
Satış və komanda idarəetməsi üzrə uğurlu təcrübə;
Satış planlaması və KPI-larla işləmək bacarığı;
MS Office, CRM, ERP və digər müvafiq proqramlarda istifadə təcrübəsi
Rus dili (Əla) , İngilis dili (arzu olunan)
Yaş : 26 – 40
Biz təklif edirik:
Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
Rəqabətli əmək haqqı və müavinətlər paketi
Yeni ideya və yanaşmalara açıq mühit
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron [email protected]
ünvanına Subject/Mövzu hissəsində “Korporativ satış rəhbəri” qeyd etməklə göndərmələri xahiş olunur.