
Vəzifə öhdəlikləri:
Elektrosistemlərin montajı və texniki xidməti:
Hərəkətdə olan tərkibdə və depoda elektrik şəbəkələrinin və avadanlıqların quraşdırılması, xidməti və təmiri. İşıqlandırma sistemləri, güc kabelləri və qoruyucu sistemlərin sazlanması və işlək vəziyyətinin yoxlanılması; Qatarların mexaniki elementlərinin və hərəkət hissələrinin texniki xidmətini göstərmək;
Yoxlama və diaqnostika:
Elektrik nasazlıqlarının aşkarlanması və aradan qaldırılması.
Elektrik sxemlərinin və komponentlərinin işlək vəziyyətini yoxlamaq üçün ölçü cihazlarından istifadə etmək;
Montaj və işə salma işlərini icra etmək;
Elektrik komponentlərinin təmiri və əvəz olunması:
Kabellərin, sığortaların, relelərin, kontaktorların və digər elektrik elementlərinin dəyişdirilməsi.
Hərəkətdə olan tərkibdə və infrastrukturda naqillərin və açar qurğularının təmiri;
Təhlükəsizliyin təmin olunması:
İşlərin icrası zamanı təhlükəsizlik normalarına və standartlarına riayət etmək, yüksək gərginliklə işləyərkən ehtiyat tədbirlərinə əməl etmək.
Tələblər:
Ali və ya orta ixtisas (texniki) təhsili;
Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi.
Rus və ya ingilis dili üzrə orta səviyyədə biliklər;
Məsuliyyətlilik;
Komandada işləmək bacarığı;
İntizamlılıq.
Şərtlər:
İş qrafiki: 5 günlük
İş yeri: Böyükşor Lokomotiv Deposu;
Əmək haqqı: net 1300 AZN, gələcəkdə artım nəzərdə tutulmuşdur;
Tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Elektrik (Böyükşor lokomotiv deposu )” qeyd etməklə CV [email protected] elektron poçt ünvanına göndərməkləri xahiş olunur.