
Komandamıza qoşulacaq, insan resursları sahəsində bilik və təcrübəyə malik, ünsiyyətcil və məsuliyyətli İnsan Resursları üzrə Mütəxəssis axtarırıq!
Əsas vəzifə öhdəlikləri
İşə qəbul prosesinin təşkili və namizədlərin seçilməsi;
Vakansiyaların hazırlanması və müvafiq platformalarda yerləşdirilməsi;
Müsahibələrin təşkili və namizədlərlə əlaqələrin qurulması;
İşçilərin şəxsi işlərinin və HR sənədlərinin hazırlanması, yenilənməsi və arxivləşdirilməsi;
İşə qəbul, işdən azad olunma və digər kadr əməliyyatlarının sənədləşdirilməsi;
İşçilərlə gündəlik HR məsələləri üzrə işin təşkili;
Daxili qayda və prosedurların tətbiqinə dəstək göstərilməsi;
İnsan resursları üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə dair tələblər
İnsan resursları və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
Rus və ingilis dillərini bilmək;
MS Office proqramları, xüsusilə Excel və Word ilə işləmək bacarığı;
Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
Komandada işləmək və eyni zamanda müstəqil qərarlar vermək bacarığı;
Məxfi məlumatlarla işləmə və peşəkar etik normalara riayət etmək bacarığı.
İş şəraiti
İş qrafiki: 5 günlük
Saat: 08:00-17:00
İş yeri: Badamdar, Tofiq Məmmədov küç., 3/5
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Karyeranızı insan resursları sahəsində inkişaf etdirmək və peşəkar komandada çalışmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!