
Azərbaycan İdman Akademiyasının Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Akademik məsləhət üzrə koordinator vəzifəsinə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
Tyutorların fəaliyyətini koordinasiya etmək və onlara nəzarət etmək;
Yeni qəbul olunmuş tələbələrin adaptasiya və oriyentasiya proqramlarının təşkili və həyata keçirilməsini əlaqələndirmək;
Tələbə müraciətlərinin operativ şəkildə cavablandırılmasını və aidiyyəti struktur bölmələrə yönləndirilməsini təmin etmək;
Akademik dəstək xidmətlərinin effektivliyinin təhlili, qiymətləndirilməsi və inkişafını təmin etmək;
Tələbələrə akademik məsləhət istiqamətində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında departamentin fəaliyyət istiqamətinə uyğun müvafiq təkliflər hazırlamaq;
Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
Magistr təhsili (müvafiq sahə üzrə təhsil arzuolunandır);
Təhsil sahəsinə aid normativ-hüquqi sənədlər üzrə biliklər;
Təhsil sahəsində iş təcrübəsi;
Tyutorluq fəaliyyəti üzrə sertifikatlar;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis və ya rus dili bilikləri;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Komandada iş və işgüzar kommunikasiya bacarığı;
Analitik düşünmə, təşkilatçılıq və problem həlletmə bacarıqları.
İş rejimi:
Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Müraciət qaydası:
Son müraciət tarixi: 30.08.2026
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.
Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.
Birbaşa link: https://sport.edu.az/az/vacancies/akademik-meslehet-uzre-koordinator-vezifesine-vakansiyasi