
İş barədə məlumat:
Müştərilərlə əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması
Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması
Sosial şəbəkələrdən və satış platformalarından daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək ( şənbə günü növbəli və qısa iş günüdür)
Əmək haqqı: müsahibə əsasında
Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)
Namizədə tələblər:
Ali təhsil arzuolunandır; İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq sahələri üzrə təhsili olan namizədlərə üstünlük verilir.
İş təcrübəsi : Satış sahəsi üzrə minimum 2 il iş təcrübəsi (İT və zəif axın sistemləri haqqında biliklər, videomüşahidə kamera sistemlərinin satışı sahəsində təcrübə üstünlükdür)
MS Office, CRM və digər müvafiq proqramlarda istifadə təcrübəsi
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
Rus dili (Əla) , İngilis dili (arzu olunan)
Satış sahəsinin nəzəri və praktiki bilikləri.
Yaş : 24 – 35
Biz təklif edirik:
Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
Peşəkar və karyera yüksəlişi üçün imkanlar
Rəqabətli əmək haqqı və müavinətlər paketi
Yeni ideya və yanaşmalara açıq mühit
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron [email protected] e-mail ünvanına Subject/Mövzu hissəsində “Satış koordinatoru” qeyd etməklə göndərmələri xahiş olunur