
İş yeri: Qarabağ və regionlar
Vəzifə öhdəlikləri
Şirkətə məxsus bütün nəqliyyat vasitələrinin və xüsusi texnikaların işinə nəzarətin həyata keçirilməsi;
Nəqliyyat vasitələrinin və texnikaların texniki vəziyyətinin mütəmadi yoxlanılmasının təşkili;
Aşkar olunan texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması prosesinin koordinasiyası;
Nəqliyyat vasitələrinin texniki baxış, təmir və texniki xidmət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
Yanacaq sərfiyyatının, yürüş göstəricilərinin və nəqliyyat vasitələrinin istifadə vəziyyətinin izlənilməsi;
Sürücülərin fəaliyyətinin və nəqliyyat vasitələrinin təyinatı üzrə istifadəsinin koordinasiyası;
Ehtiyat hissələrinə və texniki xidmətə olan ehtiyacların müəyyənləşdirilməsi;
Nəqliyyat vasitələri və xüsusi texnikalar üzrə müvafiq sənədləşmə və hesabatların aparılması;
Nəqliyyat vasitələrinin və tikinti texnikalarının fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi.
Tələblər
Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
Nəqliyyat vasitələri və xüsusi texnikaların texniki quruluşu, iş prinsipi və istismar qaydaları haqqında biliklər;
Yük avtomobilləri, minik avtomobilləri, ekskavator, buldozer, avtokran və digər tikinti texnikaları barədə praktiki biliklərin olması;
Texniki nasazlıqları ilkin mərhələdə müəyyənləşdirmək və onların aradan qaldırılması prosesini təşkil etmək bacarığı;
Nəqliyyat və ya texniki xidmət sahəsində iş təcrübəsi;
MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətlilik, operativlik, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
Regionlarda və zərurət yarandıqda Qarabağ bölgəsində işləmək imkanı.
Üstünlük: Tikinti şirkətlərində nəqliyyat vasitələri və xüsusi texnikaların idarə olunması, istismarı və texniki xidmətinin təşkili sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
CV-nizi [email protected] elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Nəqliyyat üzrə koordinator” qeyd etməyiniz xahiş olunur.