
Vəzifə Öhdəlikləri
Portfel üzrə müəyyən olunmuş aylıq yığım planlarının icra edilməsi.
Gecikmədə olan kredit portfelinin mütəmadi təhlil edilməsi və borcluların müəyyən olunması;
Borclular və zaminlərlə telefon zəngləri, rəsmi məktublar və ya fərdi (üzbəüz) görüşlər vasitəsilə əlaqə saxlanılması;
Kredit borclarının gecikmə səbəblərinin araşdırılması, problemin qanunvericilik çərçivəsində aradan qaldırılması üçün optimal həll yollarının (məsələn, restrukturizasiya) təklif edilməsi;
Borcların məhkəməyə qədərki həlli mərhələsinin idarə olunması, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması;
Borcun geri qaytarılması prosesində daxili korporativ qaydalara, etika normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət edilməsi;
Görülmüş işlər, əlaqə saxlanılmış müştərilər və yığılmış vəsaitlər barədə rəhbərliyə dövri hesabatların təqdim olunması
Namizədə tələblər:
Yaş aralığı: 21-45
Kişi və qadın namizədlər
Tam orta təhsil
İş təcrübəsi: 1-3 il (Problemli kreditlərlə iş sahəsində minimum 1 il iş təcrübəsi)
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (yazılı və şifahi).
Kompyuter bilikləri: office proqramları
Şəxsi və Peşəkar Keyfiyyətlər:
Yüksək analitik düşüncə, detallara diqqət və dəqiqlik;
Tələbkar, obyektiv, məsuliyyətli və çevik qərarvermə qabiliyyəti;
Güclü ünsiyyət, psixoloji təsir və danışıqlar aparmaq bacarığı;
Stress altında işləmək və çətin situasiyalarda optimal həll yolları tapmaq bacarığı;
Komandada işləmək və öyrənməyə, peşəkar inkişafa yüksək motivasiya.
İş şəraiti və əlavə imkanlar:
AR Əmək Məcəlləsinə tam uyğun rəsmiləşdirmə;
Sınaq müddəti uğurla tamamlandıqdan sonra tibbi sığorta təminatı;
Müasir korporativ standartlara cavab verən iş şəraiti və peşəkar kollektiv
Həftəlik performans göstəricilərinə əsasən ən yaxşı kollektora ayrıca pul mükafatı;
Aylıq yekunlara əsasən 1-ci, 2-ci və 3-cü yerləri tutan mütəxəssislərə xüsusi mükafatlar.
Əməkhaqqı məbləği: 500 AZN net əməkhaqqı + BONUS(limitsiz)
Əməkhaqqı barədə əlavə məlumat: Şəffaf və Pilləli Bonus Sistemi:
İş Qrafiki: Həftəiçi 5 gün (I–V günlər)
İş saatı: 10:00 – 19:00.
Ünvan: Nərimanov rayonu Nadir Əliyev küçəsi 27.
Müraciət üçün :
Maraqlanan şəxslərdən CV-lərini [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur