
Vakansiyanın adı: Malların qəbulu və anbar üzrə köməkçi
Namizədə dair tələblər:
Cins: Kişi
Yaş: 23-45
İş təcrübəsi Şəbəkə marketlərində həmin vəzifə üzrə minimum 6 aylıq rəsmi iş təcrübəsi
Təhsil: Orta təhsil (Ali təhsil üstünlükdür)
Dil bilikləri: Azərbaycan dili
Digər tələblər:
Vəzifələr: işçinin vəzifə və öhdəlikləri
Malları düzgün temperaturda və düzgün şəkildə qəbul etmək, son istifadə tarixi, sayı, kütləsi, fiziki görünüşü və sifarişdə qeyd olunan məlumatlara uyğunluğunu yoxlamaq və aşkar olunan problemlər barədə rəhbərliyə məlumat vermək;
Çatdırılan malların verilmiş sifarişlərə uyğunluğunu yoxlamaq;
Sənəd və fakturalardakı bütün məlumatları vaxtlı-vaxtında kompüterdə və qeydiyyat jurnallarında yeniləmək;
Anbar ərazisinə daxil olan yük maşınlarının qeydiyyatını aparmaq, yoxlama vərəqini (çeklist) doldurmaq, qəbul prosesini sənədləşdirmək və məsul şəxsə göndərmək;
Qida təhlükəsizliyi standartlarına uyğun olmayan və geri göndərilən məhsulları aktlaşdırmaq;
Vəzifə ilə bağlı olan və əlavə SƏTƏM təlimatları tələb etməyən digər işləri həyata keçirmək;
Əməkhaqqı məbləği: 600-670 AZN + bonus
Əlavə imkanlar: Ödənişsiz təlimlər və karyera imkanları
İş yerinin ünvanı: Bakı şəhəri
Həftənin iş günləri: 6 günlük
İş saatları: 9 saatlıq, növbəli iş rejimi
Müraciət üçün tarix: 28.10.2026
Müraciət qaydası:
Vatsap: 010 230 98 89 və ya Malların qəbulu və anbar üzrə köməkçi vakansiyaları üçün işə müraciət formu | Bravo Supermarket
Haqqında: BRAVO 2016-cı ildən etibarən Azərbaycanın pərakəndə satış sektorunda ilk hipermarket təcrübəsini təqdim etməklə, ölkəyə modern marketçilik ənənəsini gətirib. 4 format ( Hiper, Super, Market və Ekpress), zəngin məhsul çeşidi, münasib qiymətlər və
güclü müştəriyönümlü strategiya BRAVO-nu minlərlə insanın gündəlik etibarlı alış-veriş ünvanına çevirib.