
“ Nur Collection” MMC - Brend House mağazalarının Əhmədli və Yasamal filiallarına “Mağaza üzrə Baş Menecer” vəzifəsinə vakansiya elan edir.
İş şəraiti:
Əmək haqqı: 1000 manat + bonus.
6 günlük iş həftəsi
Nahar fasiləsi: 13:00-14:00,
Vəzifə öhdəlikləri:
Müştəri münasibətlərinin və məmnuniyyətinin təmin etməyi və artırmağı bacarmalı;
SRM modulu ilə işləmək , satınalma sifarişlərinin yaradılması, təchizatçı kataloqundan məhsul seçimi, performans hesabatları, müştəri şikayətlərinin effektiv şəkildə idarə edilməsi bacarığı;
Vitrin və məhsul düzülüşünü müştəri davranışına uyğun qurmaq (visual merchandising) və mütamadi olaraq nəzarət etmək;
Satış və tələbat analizlərini nəzərə alaraq sifarişləri optimallaşdırmaq və daim nəzarət;
Gündəlik, həftəlik və aylıq satış hesabatlarını analiz etmək, Satış hədəflərinin müəyyən olunması və izlənməsi;
İşçilərin motivasiyasını və performansını artırmaq, İşçi cədvəllərinin, iş qrafiklərinin hazırlanması, növbələrin təşkili və icrasına nəzarət;
liderlik etməklə bərabər, daim təlimlərin keçirilməsi ( merçendayzer, satıcı, baş satıcı) və komandanın inkişafı üçün KPI (Əsas Performans Göstəriciləri) və ROI (İnvestisiya Qaytarımı) anlayışlarını izah etməsi və ciddi nəzarət;
Stokların düzgün idarə olunması (mədaxil-məxaric, inventar nəzarəti) Anbar itkilərinin qarşısını alma yollarını bilməsi və nəzarəti;
Strukturda Marketinq departamenti ilə birgə kampaniyalar və aksiyalar təşkil edilməsi və nəzarət;
Sosial media və yerli reklam imkanları ilə (SMM)mütamadi olaraq işləmək bacarığı və nəzarət;
Namizədə tələblər:
Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
Mağaza sahəsində (mağaza meneceri kimi) minimum 3 il iş təcrübəsi mütləqdir;
Azərbaycan dili - yüksək, ingilis və rus dilləri arzuolunandır;
Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
Komandada işləmə və komandanı idarəetmə;
Şəxsi Keyfiyyətlər:
Liderlik və təşəbbüskarlıq;
Təşkilatçılıq və vaxtı düzgün idarə etmək bacarığı;
Təzyiq altında işləyə bilmək və qərarvermə bacarığı;
Dəqiqlik, dürüstlük və məsuliyyətlilik.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Mağaza üzrə baş menecer” qeyd etməklə, [email protected] elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 30.10.2026.