
Şirkətimizin marketinq fəaliyyətinin strateji və operativ idarə edilməsini, brend mövqeyinin gücləndirilməsini və satış hədəflərinə nail olunmasını təmin etmək məqsədilə peşəkar Marketinq Meneceri axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
Şirkətin ümumi marketinq strategiyasının hazırlanması, planlaşdırılması və icrasının təmin edilməsi;
Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlil edilməsi, bazar tendensiyalarının izlənilməsi;
Brend strategiyasının formalaşdırılması, brendin mövqeləndirilməsi və tanınmasının artırılması;
Yeni məhsulların bazara çıxarılması üzrə marketinq planlarının hazırlanması və həyata keçirilməsi;
Rəqəmsal və ənənəvi marketinq fəaliyyətlərinin planlaşdırılması və idarə olunması;
Sosial media platformalarının, rəqəmsal reklam kanallarının və reklam kampaniyalarının idarə edilməsi;
Reklam, foto və video materiallarının hazırlanması prosesinin təşkili və koordinasiyası;
Məhsulların təşviqi məqsədilə reklam, PR və tanıtım tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;
Satış komandası ilə koordinasiyalı fəaliyyət göstərərək satış həcminin və bazar payının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi;
Marketinq büdcəsinin hazırlanması, xərclərin optimallaşdırılması və büdcəyə nəzarətin təmin edilməsi;
Marketinq fəaliyyətlərinin effektivliyinin müvafiq göstəricilər əsasında qiymətləndirilməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
Namizədə dair tələblər:
Marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;
FMCG və ya qida istehsalı sektorunda iş təcrübəsi üstünlükdür;
Marketinq strategiyalarının hazırlanması və praktiki icrası üzrə təcrübə;
Brend idarəçiliyi, məhsul marketinqi və bazar araşdırmaları üzrə biliklər;
Rəqəmsal marketinq, SMM və onlayn reklam platformaları üzrə praktiki biliklər;
Marketinq kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili bacarığı;
Analitik düşünmə, strateji planlaşdırma və problem həll etmə bacarığı;
Yüksək kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
Komanda ilə işləmək və iş proseslərini koordinasiya etmək bacarığı.
Biz nə təklif edirik?
Könüllü tibbi sığorta paketi;
Nahar təminatı;
Korporativ mobil nömrə;
Yanacaq xərclərinin qarşılanması;
Rəqabətli əməkhaqqı (namizədin bilik və təcrübəsinə əsasən, müsahibə zamanı razılaşdırılır).
İş şəraiti:
İş qrafiki: 09:00–18:00
İş həftəsi: 5 günlük
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.