Marine Technical Solutions şirkəti komandamıza qoşulmaq üçün peşəkar, məsuliyyətli və nəticəyönümlü Layihələrin İdarə Edilməsi üzrə Menecer axtarır.
İş yeri: Bakı şəhəri, Salyan şosesi 2.
Vəzifə öhdəlikləri
Şirkətin həyata keçirdiyi layihələrin planlaşdırılması və idarə olunması;
Layihələrin müəyyən edilmiş müddət və büdcə çərçivəsində icrasına nəzarət;
Layihə komandalarının fəaliyyətinin koordinasiyası;
Xarici və yerli tərəfdaşlarla işgüzar əlaqələrin qurulması;
Müştərilər və təchizatçılarla effektiv kommunikasiyanın təmin edilməsi;
Layihələrin gedişatı üzrə hesabatların hazırlanması;
Risklərin müəyyən edilməsi və operativ həll yollarının tətbiqi;
Rəhbərliyə layihələrin icra vəziyyəti barədə mütəmadi məlumat verilməsi.
Namizədə tələblər
Layihələrin idarə edilməsi sahəsində müvafiq iş təcrübəsi;
İngilis dili – əla səviyyədə (şifahi və yazılı);
Rus dili – yaxşı səviyyədə;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Güclü təşkilatçılıq və kommunikasiya bacarıqları;
Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
Komanda idarəetmə və koordinasiya bacarıqları;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Salyan şosesi 2;
Peşəkar və dinamik iş mühiti;
Maraqlı layihələrdə iştirak imkanı;
Əməkhaqqı: Namizədin bilik, bacarıq, peşəkar təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən ediləcək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Project Manager” qeyd etməklə [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.
Komandamıza qoşulun və uğurlu layihələrin bir hissəsi olun!