
Şirkətimiz Merçendayzer vəzifəsi üzrə məsuliyyətli, operativ və işinə peşəkar yanaşan əməkdaş axtarır.
Namizədə tələblər
Orta və ya ali təhsil;
Minimum 1 il təcrübə;
Yaş həddi: 20–40 yaş;
Qadın namizədlərə üstünlük verilir;
Verilmiş tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Əsas vəzifələr
Təyin olunmuş gündəlik marşrut üzrə satış nöqtələrinə ziyarətlərin həyata keçirilməsi;
Şirkət məhsullarının rəflərdə müəyyən edilmiş standartlara uyğun şəkildə yerləşdirilməsinin təmin edilməsi;
Satış nöqtələrində yeni məhsulların düzgün təqdimatının və yerləşdirilməsinin həyata keçirilməsi;
Məhsulların istehsal tarixlərinə və əmtəə görünüşünə nəzarət edilməsi;
Qiymət dəyişikliklərinin və qiymət etiketlərinin mütəmadi yoxlanılması;
Məhsulların rəflərdə mövcudluğuna və düzgün düzülüşünə nəzarət edilməsi;
İş şəraiti
İş qrafiki: 6 günlük;
İş saatları: 09:00–18:00;
Əmək haqqı: 750 AZN;
Uyğun namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına, e-poçtun mövzu hissəsində “Merçendayzer” qeyd etməklə göndərmələri xahiş olunur.