
GLAMOUR GALLERY-ə satı təmsilçisi və GLAMOUR butikə geyim üzrə model tələb olunur
1. Geyim üzrə model (GLAMOUR butik)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Xanım namizədlər;
Xarici görünüşünə və şəxsi baxımına diqqət yetirmək;
Kamera qarşısında sərbəst və inamlı davranmaq;
Geyimləri zövqlə təqdim etmək və modelləri düzgün nümayiş etdirmək;
Foto və video çəkilişlərində iştirak etmək;
*Məsuliyyətli, intizamlı və əməkdaşlığa açıq olmaq;
Model sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İŞİN ƏSAS VƏZİFƏLƏRİ
Butikin geyim kolleksiyalarını model üzərində təqdim etmək;
Foto və video çəkilişlərində iştirak etmək;
Instagram və digər sosial şəbəkələr üçün reklam və tanıtım kontentlərinin hazırlanmasında iştirak etmək;
Geyimlərin görünüşünü və üslubunu kamera qarşısında düzgün nümayiş etdirmək.
İŞ ŞƏRAİTİ
Çəkiliş qrafiki müsahibə zamanı razılaşdırılacaq;
Əməkhaqqı müsahibə əsasında müəyyən ediləcək.
Ünvan: GLAMOUR butik - AF Malla üzbəüz
2. Gəlinlik üzrə satış təmsilçisi (GLAMOUR GALLERY)
Namizədə dair tələblər:
Yaş həddi: 20–40 qadın namizədlər
Satış sahəsində iş təcrübəsi mütləqdir;
Gəlinlik satışı sahəsində təcrübəsi olmalıdır;
Gəlinlərlə işləməyi, onların istək və zövqlərini düzgün anlamağı bacarmalıdır;
Müştərilərlə nəzakətli və səbirli ünsiyyət qurmağı bacarmalıdır;
Gəlinlik modelləri və seçim prosesi barədə müştərilərə düzgün məsləhət verməlidir;
Səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalıdır.
İş şəraiti:
İş saatı: 10:00–22:00;
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Glamour gallery - Ünvan: Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 22, Seras Plaza
Namizədlər vakansiyanın adını qeyd edib ( məsələn: gəlinlik üzrə model) Şəkilli CV-sini [email protected] e-mail adresinə göndərə bilərsiniz.