
Vəzifə öhdəlikləri:
Mağaza stokuna nəzarət etmək;
Mövsümə və alıcıların tələbinə uyğun malları mağazada təşkilini həyata keçirmək;
Müştəri məmnuniyyətini təmin etmək və yeni satış kanalları ilə müştərilər qazanmaq;
Mağazada işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsinə nəzarəti həyata keçirmək;
Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək;
Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək;
Satışın inkişafına töhfə vermək, satışın artımını təmin etmək üçün qısa, orta və uzunmüddətli hədəflər müəyyənləşdirmək;
Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək və s.
Namizədə tələblər:
Təhsil: Ali
Cins: Xanım namizəd
Yaş həddi: 25-35 yaş;
Dil bilikləri: Azərbaycan dili
Təcrübəsi: 1C proqramında işləmiş şəxslərə üstünlük veriləcək
Xüsusi tələb:
Ofis ləvazimatlarının satışı üzrə təcrübəsi olanlara üstünlük veriləcək
Bilik və bacarıqlarına güvənən, satış sahəsində özünə rəqib görməyən, nəticə əldə etməkdə özgüvənli olan, çox qazanmaq prinsiplərini üstün tutan, hədəfi böyük olan, tələb etdiyi sərbəstliyi verdikdə ən uğurlu olacağına ümid edib inanan kadr axtarırıq. Nəticə təqdim edib, yüksək gəlir əldə etmək istəyənlər üçün əla fürsətdir.
İş qrafiki :
İş günü: 6 günlük iş rejimi
Əmək haqqı: 800-1200 manat + bonus (əmək haqqı formal olaraq qeyd edilib, əldə etdiyi nəticəyə uyğun olaraq əməyi ən yüksək formada qiymətləndiriləcək)
Ünvan: Əcəmi metrosunun yanında
Qeyd: Namizədlər CV-lərini [email protected] və ya 055 234 34 51 nömrənin Vatsapına göndərə bilər