
Beam School komandamıza Rus bölməsində təhsil alan şagirdlərlə işləyəcək peşəkar, məsuliyyətli və şagirdlərlə işləməyi sevən İngilis dili müəllimi axtarırıq.
Tələblər:
İngilis dili üzrə yüksək səviyyədə bilik
Rus bölməsində təhsil alan şagirdlərlə işləmək bacarığı
Müəllimlik və ya tədris sahəsində iş təcrübəsi
Şagirdlərlə düzgün və effektiv ünsiyyət qurmaq bacarığı
Fərdi və qrup dərsləri keçmək bacarığı
Dərsləri müasir və interaktiv metodlarla təşkil etmək
Şagirdlərin yaş və bilik səviyyəsinə uyğun tədris metodlarından istifadə etmək
Məsuliyyətli, səbirli və pozitiv olmaq
Komanda ilə işləmək bacarığı
Müvafiq sertifikat və beynəlxalq dil imtahanı nəticələrinin olması üstünlükdür
İş şəraiti:
Müasir və rahat tədris mühiti
Peşəkar və mehriban komanda
İnkişaf və karyera imkanları
Rahat və uyğun iş qrafiki
Əməkdaşlıq şərtləri qarşılıqlı razılaşma əsasında
Maaş: namizədin təcrübəsi və dərs yükünə uyğun olaraq razılaşma əsasında
Ünvan: Badamdar, DTX Hospitalının yaxınlığı
Əlaqə: 077 484 44 04
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına və ya beamschool.az veb-saytımız vasitəsilə göndərə bilərlər.CV göndərərkən Subject/Mövzu hissəsində “İngilis dili müəllimi – Rus bölməsi” qeyd etməyiniz xahiş olunur.
Keyfiyyətli təhsil – Güclü gələcək!