
Ünvan: Bakı, Azərbaycan
OKHU Academy SAT Math üzrə müəllim axtarır. Tədrisi sevən və tələbələrin hədəflədikləri nəticələrə çatmasına məsuliyyətlə yanaşan namizədləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri:
Digital SAT Math üzrə planlı və tələbələrin səviyyəsinə uyğun dərslər keçmək.
Tədris materialları, praktiki tapşırıqlar və sınaq imtahanları hazırlamaq.
Riyazi anlayışları aydın izah etmək, effektiv həll üsullarını və vaxtın idarə olunmasını öyrətmək.
Tələbələrin nəticələrini təhlil etmək, zəif olduqları mövzuları müəyyənləşdirmək və irəliləyişlərini izləmək.
Dərs cədvəlini tələbələr və administrasiya ilə operativ razılaşdırmaq.
Cədvəli tələbələrə vaxtında təqdim etmək və dəyişikliklər barədə əvvəlcədən məlumat vermək.
Tələbələr və akademiya komandası ilə müntəzəm əlaqə saxlamaq.
Tələblər:
Digital SAT Math proqramını, sual tiplərini və imtahan formatını yaxşı bilmək.
Riyaziyyatı ingilis dilində tədris etmək bacarığı.
Desmos kalkulyatorundan istifadəni və onunla effektiv həll üsullarını izah edə bilmək.
Mövzuları aydın izah etmək və tələbələrə fərdi yanaşmaq bacarığı.
Məsuliyyətlilik, punktuallıq və təşkilatçılıq bacarığı.
SAT Math üzrə tədris təcrübəsinə və təsdiqlənmiş yüksək imtahan nəticəsinə üstünlük verilir
CV-nizi və tədris təcrübəniz haqqında qısa məlumatı Vatsap vasitəsilə 051 553 81 88 nömrəsinə göndərin.