
Peşəkar bacarıqlarına güvənən, özünü inkişaf etdirməyə maraqlı və dinamik iş mühitində uğur qazanmaq istəyən namizədləri “Main Steel” komandasının bir parçası olmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Şirkət ərazisinin və əmlakın təhlükəsizliyini təmin etmək;
Giriş-çıxış rejiminə nəzarət etmək;
Kameraların izlənməsi və nizam-intizamı qorumaq;
Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək
Növbə təhvil-təslim prosesini müəyyən olunmuş qaydalara əsasən icra etmək.
Vakant vəzifə üzrə tələblər:
Yaş həddi: 35-60;
Müvafiq sahə üzrə 2 və ya 3 il iş təcrübəsi;
Fiziki cəhətdən sağlam olmaq
Məsuliyyətli və intizamlı olmaq;
Diqqətli və çevik olmaq;
İş şəraiti:
AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Əmək haqqı: 500 AZN (net)
İş qrafiki: növbəli 12 saatlıq iş sistemi
Ünvan: Sumqayıt şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi, giriş 125A
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.