
İş barədə məlumat:
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı);
Fəaliyyət sahəsi: Avtoservis və ehtiyat hissələrinin satışı;
İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə qısaldılmış iş günü);
Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri:
Şirkətin mühasibat və vergi uçotunun qüvvədə olan qanunvericiliyə müvafiq olaraq tam və dəqiq aparılması;
İşçilərin əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyət və digər ödənişlərinin düzgün hesablanması və rəsmiləşdirilməsi;
Vergi (ƏDV, ÖMV, mənfəət, əmlak və s.), DSMF, Məşğulluq və Statistika hesabatlarının hazırlanıb aidiyyəti dövlət orqanlarına vaxtında təqdim edilməsi;
1C proqramında avtoservis fəaliyyəti (ehtiyat hissələrinin anbar uçotu, mədaxil-məxaric əməliyyatları, göstərilən xidmətlərin rəsmiləşdirilməsi) üzrə əməliyyatların düzgün uçotuna nəzarət edilməsi;
Elektron qaimə-fakturaların, hesab-fakturaların, e-qaimələrin tərtib olunması, göndərilməsi və təsdiqlənməsi;
Bank əməliyyatlarının həyata keçirilməsi, debitor və kreditor borcların uçotunun aparılması və üzləşmələrin edilməsi;
Rəhbərliyə tələb olunan maliyyə və daxili uçot hesabatlarının hazırlanaraq təqdim edilməsi.
Namizədə dair tələblər:
Təhsil: Maliyyə, mühasibat uçotu və ya texniki sahədə ali təhsil;
İş təcrübəsi: Baş mühasib və ya mühasib vəzifəsində ən azı 3-5 il iş təcrübəsi (Avtoservis, istehsalat və ya xidmət sahəsində təcrübə arzuolunandır);
Sertifikatlar: Peşəkar Mühasib Sertifikatının (PMS) olması mütləq üstünlükdür;
Proqram bilikləri: MS Office (xüsusilə yüksək səviyyədə Excel) və 1C (8.3 versiyası) proqramlarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı;
Qanunvericilik: AR Vergi Məcəlləsini və mühasibat uçotu standartlarını dərindən bilmək;
Şəxsi keyfiyyətlər: Yüksək riyazi-analitik düşünmə qabiliyyəti, məsuliyyət, dəqiqlik, komanda idarəetmə bacarığı.
Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.