
Rahat Supermarketlər şəbəkəsi Təcrübəçi / Kiçik mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
İlkin mühasibat sənədlərinin yoxlanılmasında və mühasibat uçotu sisteminə daxil edilməsində iştirak etmək;
Alış, satış və qaytarma əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərmək;
Mağazalar üzrə kassa və POS-terminal hesabatlarının yoxlanılmasında iştirak etmək;
Bank və kassa əməliyyatlarının uçotuna dəstək göstərmək;
Təchizatçılarla üzləşdirmələrin aparılmasında iştirak etmək;
Ay bağlanışı və dövri hesabatların hazırlanması proseslərinə dəstək göstərmək;
Mühasibat sənədlərinin sistemləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
Rəhbər tərəfindən verilən digər mühasibatlıq tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil almaq və ya müvafiq ixtisas üzrə sonuncu kurs tələbəsi olmaq;
Mühasibat uçotunun əsasları üzrə ilkin nəzəri biliklərə malik olmaq;
MS Excel proqramında baza səviyyəsində işləmək bacarığı;
1C və ya digər ERP sistemləri üzrə biliklərə üstünlük verilir;
ACCA F3 (Financial Accounting) üzrə biliklərə və ya müvafiq imtahanı uğurla vermiş namizədlərə üstünlük verilir;
Öyrənməyə həvəsli olmaq, detallara diqqət yetirmək və komanda ilə işləmək bacarığı;
İş təcrübəsi tələb olunmur.
İş şərtləri
İş yeri: Rahat Supermarketlər şəbəkəsi
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təcrübəçi / Kiçik mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.