
Zarat Şirkətlər Qrupu peşəkar komandasına Aparıcı mühasib vəzifəsinə namizəd axtarır!
İş şəraiti
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 1 500–1 800 AZN
Əsas vəzifələr:
Mühasibat uçotunun aparılması və maliyyə sənədlərinin yoxlanılması;
Vergi və maliyyə hesabatlarının hazırlanması;
Debitor və kreditor borclarına nəzarət;
Bank əməliyyatları və hesablaşmaların uçotu;
Anbar qalıqlarının, mal-material ehtiyatlarının və istehsal xərclərinin uçotuna nəzarət;
Məhsulun maya dəyərinin hesablanması;
Aylıq və illik hesabatların hazırlanması.
Namizədə tələblər:
Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
1C və MS Excel proqramlarında işləmək bacarığı;
Vergi və mühasibat uçotu qanunvericiliyini bilmək;
Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti.
Üstünlük veriləcək: İstehsalat müəssisələrində, xüsusilə məhsulun maya dəyərinin hesablanması və anbar uçotu sahəsində təcrübəsi olan namizədlərə.
Müraciət: mövzu hissəsində “Aparıcı mühasib” qeyd edərək [email protected] göndərməyiniz xahiş olunur.