Əsas vəzifə öhdəlikləri:
Laboratoriyada mövcud cihaz və avadanlıqlardan istifadə etməklə AZS, QOST, ISO və digər beynəlxalq standartlara uyğun fiziki-kimyəvi analizlərin aparılması;
Laboratoriya cihaz və avadanlıqlarının gündəlik nəzarətinin, texniki baxışının və istismarının təmin edilməsi;
Analiz nəticələrinin düzgün sənədləşdirilməsi və müvafiq hesabatların hazırlanması;
Reaktivlərin, məhlulların və standart nümunələrin təsdiq edilmiş prosedurlara uyğun hazırlanması;
Laboratoriyada əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya qaydalarına riayət olunmasının təmin edilməsi;
Analiz metodlarının təkmilləşdirilməsi, validasiya, verifikasiya və keyfiyyət təminatı proseslərində iştirak;
Reaktivlərin, sərf materiallarının və laboratoriya ləvazimatlarının uçotunun aparılması, ehtiyatlara nəzarət və sifarişlərin təşkili;
Aşkar edilmiş uyğunsuzluq və nasazlıqlar barədə rəhbərliyin məlumatlandırılması və onların aradan qaldırılması prosesində iştirak;
Laboratoriya fəaliyyətinin ISO/IEC 17025 standartı və daxili prosedurların tələblərinə uyğun həyata keçirilməsi.
Vəzifə tələbləri:
Təhsil:
Kimya, biologiya və ya qida mühəndisliyi üzrə ali təhsil.
Təcrübə:
Ən azı 1 il laboratoriya və ya sınaq fəaliyyəti üzrə təcrübə (arzuolunandır).
Dil bilikləri:
Azərbaycan dili – əla səviyyədə;
İngilis və rus dilləri – arzuolunandır.
Kompüter bilikləri:
MS Office, Outlook proqramlarından sərbəst istifadə bacarığı.
Texniki və normativ biliklər:
Laboratoriya avadanlıqları və cihazlarının texniki iş prinsipləri və qulluğu üzrə bilik;
Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilməli;
ISO/IEC 17025 və digər texniki normativ sənədlərlə bağlı məlumatlı olmalı;
Ölçmə və analiz metodikaları, dövlət standartları ilə işləmək bacarığı;
Analitik düşüncə və çevik qərarvermə bacarığı;
Sertifikatlar:
ISO/IEC 17025 üzrə təlim və ya sertifikat (arzuolunandır).
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
Servis xidməti
Nahar təminatı
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kimyaçı Mühəndis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.