“Veysəloğlu Distribusiya” şirkətinə əməkdaşlar tələb olunur
İş yeri: Bakı
1. Mikrobioloq
Təhsil: Mikrobiologiya, biologiya, qida mühəndisliyi, biotexnologiya, biokimya üzrə ali təhsil.
Təcrübə: Ən azı 1 il laboratoriya və ya sınaq fəaliyyəti üzrə təcrübə (arzuolunandır).
Əsas vəzifə öhdəlikləri:
Laboratoriyada mövcud mikrobioloji cihaz və avadanlıqlardan istifadə etməklə AZS, QOST, ISO, Avropa və digər beynəlxalq standartların, eləcə də təsdiq edilmiş sınaq metodlarının tələblərinə uyğun mikrobioloji analizləri həyata keçirməli, analiz metodlarının təkmilləşdirilməsi və daha səmərəli metodların tətbiqi ilə bağlı təkliflər verməlidir;
Mikrobioloji laboratoriyada istifadə olunan cihaz və avadanlıqların istismar təlimatlarına uyğun olaraq dövri yoxlanmasını, gündəlik nəzarətini, texniki qulluq və saxlanma işlərini həyata keçirməlidir;
Aparılan mikrobioloji analizlərin nəticələrini, ilkin müşahidələrini və digər laboratoriya qeydlərini vaxtında və düzgün şəkildə sənədləşdirməli, aylıq, rüblük və illik fəaliyyət hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim etməlidir;
Mikrobioloji analizlər üçün istifadə olunan qida mühitlərinin (kultural mühitlərin), steril məhlulların, reagentlərin, nəzarət ştammlarının və digər laboratoriya materiallarının hazırlanmasını, sterilizasiyasını və saxlanmasını təsdiq edilmiş prosedurlara uyğun həyata keçirməlidir;
2. Kimyaçı Mühəndis
Təhsil: Kimya, biologiya və ya qida mühəndisliyi üzrə ali təhsil.
Təcrübə: Ən azı 1 il laboratoriya və ya sınaq fəaliyyəti üzrə təcrübə (arzuolunandır).
Əsas vəzifə öhdəlikləri:
Laboratoriyada mövcud cihaz və avadanlıqlardan istifadə etməklə AZS, QOST, ISO və digər beynəlxalq standartlara uyğun fiziki-kimyəvi analizlərin aparılması;
Laboratoriya cihaz və avadanlıqlarının gündəlik nəzarətinin, texniki baxışının və istismarının təmin edilməsi;
Analiz nəticələrinin düzgün sənədləşdirilməsi və müvafiq hesabatların hazırlanması;
Reaktivlərin, məhlulların və standart nümunələrin təsdiq edilmiş prosedurlara uyğun hazırlanması;
Laboratoriyada əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya qaydalarına riayət olunmasının təmin edilməsi;
Analiz metodlarının təkmilləşdirilməsi, validasiya, verifikasiya və keyfiyyət təminatı proseslərində iştirak;
Reaktivlərin, sərf materiallarının və laboratoriya ləvazimatlarının uçotunun aparılması, ehtiyatlara nəzarət və sifarişlərin təşkili;
Aşkar edilmiş uyğunsuzluq və nasazlıqlar barədə rəhbərliyin məlumatlandırılması və onların aradan qaldırılması prosesində iştirak;
Laboratoriya fəaliyyətinin ISO/IEC 17025 standartı və daxili prosedurların tələblərinə uyğun həyata keçirilməsi.
3. Məhsulların Qəbulu, Saxlanılması və Utilizasiyası Nəzarət Mütəxəssisi
Funksiya: İnsan Kapitalı və Təşkilatı İnkişaf Direktorluğu/Keyfiyyəti İdarəetmə Departamenti/Məhsulların Qəbulu, Saxlanması və Utilizasiyasına Nəzarət Bölməsi
Əsas vəzifə öhdəlikləri:
Məhsulların qəbulundan utilizasiyasınadək bütün mərhələlərdə keyfiyyət və qida təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarəti həyata keçirmək;
Məhsulların qəbulu, saxlanılması, daşınması və utilizasiyası proseslərinin daxili prosedurların, qida təhlükəsizliyi standartlarının və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
Saxlanma şəraitinin, temperatur rejimlərinin, mal qonşuluğu qaydalarının, izlənəbilərlik sisteminin və yararlılıq müddətlərinin mütəmadi monitorinqini aparmaq;
Uyğunsuzluqları vaxtında müəyyən etmək, riskləri qiymətləndirmək, kök səbəbləri təhlil etmək və preventiv və korrektiv tədbirlərin icrasını təmin etmək;
Məhsulların utilizasiya prosesinin müəyyən edilmiş prosedurlara və normativ tələblərə uyğun icrasına nəzarət etmək;
Vəzifə tələbləri:
Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Kimya, Biologiya və ya digər uyğun ixtisaslar üzrə təhsil üstünlük hesab olunur);
Qida istehsalı, logistika, anbar təsərrüfatı, keyfiyyətə nəzarət və ya qida təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi;
ISO 9001:2015, ISO 22000:2018, HACCP prinsipləri, HALAL və digər yerli, regional və beynəlxalq qida təhlükəsizliyi standartları üzrə biliklərə və onların praktik tətbiqi bacarığına malik olmaq;
Azərbaycan Respublikasının qida təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericilik aktları və normativ sənədləri üzrə baza biliklərinə malik olmaq;
MS Office proqramlarından (xüsusilə Excel, Word və Outlook) sərbəst istifadə etmək, SAP və ya digər ERP sistemləri ilə işləmək bacarığına malik olmaq;
Diqqətlilik, məsuliyyətlilik və yüksək icra intizamına malik olmaq;Analitik düşünmə, müşahidə və təhlil etmə bacarığı;
Komandada işləmək, effektiv ünsiyyət qurmaq və müxtəlif struktur bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək bacarığı;
Azərbaycan dilini sərbəst bilmək; rus və ingilis dillərini orta səviyyədə bilmək üstünlük hesab olunur.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
İş qrafiki: Həftənin 5 günü saat 08:30-dan 17:30-dək
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində seçdiyi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.