Vəzifə öhdəlikləri:
Cəmiyyətin inşa olunan obyektləri üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin mövcudluğunu təmin etmək və onların təyinatı üzrə tikinti-quraşdırma işlərinin icrası üçün aidiyyəti strukturlara təqdim olunmasını təşkil etmək;
Smeta üzrə iş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;
Smeta qiymətlərinin faktiki çəkilmiş xərclərə uyğunluğunu yoxlamaq;
Materialların sərfiyyatına nəzarəti həyata keçirmək;
Layihə-smeta sənədləri ilə bağlı zəruri arayışları hazırlamaq və onların arxivdə mühafizəsini təmin etmək;
Layihələri təhlil etmək və müvafiq spesifikasiyaları yoxlamaq;
Ərazidə yerinə yetirilmiş işlərin layihəyə uyğunluğunu yoxlamaq və uyğunsuzluqlar olduqda aradan qaldırmaq;
Görülmüş işlərə (naryadlara) dair qiymətlərin qiymət razılaşma protokollarına uyğunluğunu, görülmüş işlər üzrə (naryadların) faktiki iş həcmləriniyoxlamaq;
Namizədə tələblər:
Ali təhsil (müvafiq sahə üzrə)
Tikinti və smeta sahəsində ən azı 3 il iş təcrübəsi
Layihə-smeta sənədləri, Forma №2, Forma №3 və M29 hesabatları üzrə biliklər
Tender sənədlərinin hazırlanması və maya dəyərinin hesablanması təcrübəsi
Tikinti norma və qaydaları, standartlar və texniki şərtlər üzrə biliklər
1C proqramı ilə işləmə bacarığı
MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
Layihə dəyişikliklərinin smetaya və icra sənədlərinə inteqrasiyası üzrə təcrübə
Analitik düşünmə, hesablama və sənədlərlə dəqiq işləmə bacarığı
Məsuliyyətli, diqqətli və nəticəyönümlü iş prinsipi
Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı
İş şəraiti:
İş yeri: Nəsimi r., C. Məmmədquluzadə küç.
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 2000-2500 manat (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.)
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Smeta üzrə mühəndis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.