
Vəzifə və öhdəliklər
Fiziki təhlükəsizlik sistemlərinin fasiləsiz və düzgün işləməsinə nəzarət etmək;
CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya sistemlərində yaranan nasazlıqları müəyyənləşdirmək və aradan qaldırmaq;
Giriş kartları və giriş hüquqları ilə bağlı sorğuları icra etmək;
Sistemlərin quraşdırılması, yenilənməsi və yenidən qurulması işlərində iştirak etmək;
Görülən işlər və texniki problemlər üzrə qeydlər aparmaq.
Tələblər
Təhsil: İnformasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili.
Təcrübə: CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya sistemlərinin quraşdırılması və ya texniki dəstəyi üzrə ən azı 1 il iş təcrübəsi.
Texniki bacarıqlar:
Təhlükəsizlik sistemləri üzrə biliklər: CCTV (videomüşahidə), ACS (Girişə nəzarət), Domofon, Turniket, Yanğın/Mühafizə siqnalizasiyası və digər sistemlərin qurulması və iş prinsiplərini bilmək;
Vendor təcrübəsi: Dahua, Hikvision, Hiwatch, ZKTeco kimi aparıcı brendlərin avadanlıqları və proqram təminatları (CMS/VMS) ilə işləmək;
Texniki dəstək: Sistemlərdə baş verən texniki nasazlıqları diaqnostika etmək və aradan qaldırmaq;
İstifadəçi idarəetməsi: Giriş kartlarının proqramlaşdırılması, istifadəçilərin sistemdə qeydiyyatı və giriş hüquqlarının tənzimlənməsi;
Şəbəkə bilikləri: IP ünvanlama, şəbəkə avadanlıqlarının sazlanması və IP şəbəkələri üzrə bazis biliklərə malik olmaq.
Səriştələr:
Problemləri təhlil etmək və həll yolu tapmaq;
Məsuliyyətli və diqqətli olmaq;
Texniki sorğulara operativ reaksiya vermək;
Komandada işləmək və ünsiyyət qurmaq;
İşləri planlaşdırmaq və prioritetləşdirmək.
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.