
Vəzifə öhdəlikləri:
Mexaniki, elektrik və santexnika (MEP) sistemlərinin layihələndirilməsi və icrasına nəzarət etmək;
HVAC, havalandırma, kondisioner, su təchizatı, kanalizasiya və yanğınsöndürmə sistemləri üzrə işləri koordinasiya etmək;
Layihə və işçi çertyojlarını yoxlamaq, zəruri hallarda Shop Drawing və As-Built sənədlərini hazırlamaq;
Tikinti sahəsində MEP işlərinin layihə və texniki standartlara uyğun icrasına nəzarət etmək;
Podratçı və subpodratçıların işlərini koordinasiya etmək;
Material və avadanlıqların texniki tələblərə uyğunluğunu yoxlamaq;
Layihə üzrə material həcmlərinin (MTO/BOQ) hazırlanmasında iştirak etmək;
Sahədə yaranan texniki problemləri müəyyən etmək və həllində iştirak etmək;
Görülən işlərlə bağlı gündəlik və həftəlik hesabatlar hazırlamaq.
Namizədə tələblər:
Mexanika, Elektrik, İnşaat mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
MEP sahəsində minimum 3 il iş təcrübəsi;
AutoCAD proqramını yaxşı səviyyədə bilmək;
Revit MEP biliyi üstünlükdür;
Texniki çertyojları oxuma və təhlil etmə bacarığı;
Tikinti norma və standartları barədə bilik;
MS Office proqramlarında işləmə bacarığı;
Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
Komandada işləmək və effektiv koordinasiya bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
İngilis və/və ya rus dili biliyi üstünlükdür.
Əlavə məlumat
Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
İş rejimi: 6 günlük iş qrafiki ilə təyin olunur.
İş yeri: Zığ qəsəbəsi.
CV-lərinizi [email protected] elektron poçt ünvanına "Mep Mühəndisi" başlığı ilə göndərə bilərsiniz.