
“Hermes-S” MMC peşəkar komandamıza qoşulmaq üçün Texniki ofis mühəndisi vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
Tikinti layihələri, çertyojlar və texniki sənədlərlə işləmək;
Görülmüş işlərin həcmlərini hesablamaq, ölçü cədvəlləri və icra sənədlərini hazırlamaq;
Smeta sənədlərini hazırlamaq, yoxlamaq və faktiki görülmüş iş həcmləri ilə müqayisə etmək;
Materialların silinməsi və istifadəsi üzrə sənədləri hazırlamaq, material sərfiyyatına nəzarət etmək;
Anbara daxil olan və anbardan çıxan materialların uçotunu, qalıqlarını və hərəkətini izləmək;
Material sərfiyyatının layihə və smeta göstəricilərinə uyğunluğunu yoxlamaq;
Görülmüş işlər üzrə aktları, hesabatları və digər texniki sənədləri hazırlamaq;
Tikinti sahəsinin mühəndis-texniki heyəti, anbar və mühasibatlıq şöbəsi ilə koordinasiyalı işləmək.
Namizədə tələblər:
Tikinti mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Smeta, material uçotu, materialların silinməsi və sərfiyyatı üzrə bilik və təcrübə;
AutoCAD, MS Excel və MS Office proqramlarında işləmək bacarığı;
Tikinti layihələri, iş həcmləri və texniki sənədlərlə işləmək bacarığı;
Diqqətlilik, analitik düşüncə və məsuliyyətlilik.
İş şəraiti:
İş yeri: Ağdam şəhəri
İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Əmək münasibətləri rəsmi əmək müqaviləsi əsasında tənzimlənir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Texniki ofis mühəndisi” başlığı ilə [email protected] elektron poçt ünvanına başlığı ilə göndərə bilərlər.