
Ünvan - Bakı, Azərbaycan / Full-time
Səhiyyə sektorunda fəaliyyət göstərən komandamıza laboratoriya avadanlıqlarının quraşdırılması, texniki xidməti və tətbiqi dəstəyini həyata keçirəcək, məsuliyyətli və texniki düşüncəyə malik Biomedikal sahəsi üzrə mühəndis axtarırıq.
Əsas vəzifələr:
Laboratoriya avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi
Avadanlıqlarda yaranan texniki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması
Laboratoriya cihazlarının kalibrasiyası və keyfiyyətə nəzarət proseslərinin həyata keçirilməsi
Tibb müəssisələrində istifadəçilərə avadanlıqların istismarı üzrə təlimlərin keçirilməsi
Müştərilərə texniki və tətbiqi (Application) dəstəyin göstərilməsi
İstehsalçı şirkətlərlə texniki məsələlər üzrə əlaqələrin qurulması və koordinasiyanın təmin edilməsi
Namizədə tələblər:
Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili
Laboratoriya avadanlıqları ilə iş təcrübəsi
Mindray və Beckman Coulter laboratoriya sistemləri üzrə bilik və təcrübəyə üstünlük verilir
İngilis dili biliyi ən azı orta səviyyədə olmalıdır
Texniki problemləri təhlil etmək və həll yolları tapmaq bacarığı
Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığı
Ezamiyyətlərə hazır olmaq
Biz təklif edirik:
Dinamik və peşəkar iş mühiti
Peşəkar inkişaf və karyera imkanları
Rəqabətli əməkhaqqı və bonus sistemi
Beynəlxalq istehsalçılar və tərəfdaşlarla işləmək imkanı
CV-lərinizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Biomedikal sahəsi üzrə mühəndis” qeyd etməklə göndərə bilərsiniz.
Laboratoriya texnologiyalarına marağınız və texniki biliklərinizlə səhiyyə sahəsinə töhfə vermək istəyirsinizsə, müraciətinizi gözləyirik!