İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
Layihə-smeta sənədlərinin yoxlanılması;
Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
Layihə-smeta sənədlərinin ekspertizadan keçirilməsi və yaranmış iradların operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi;
Layihəyə uyğun olaraq iş həcmlərinin yoxlanılması;
Tikinti materiallarının, avadanlıqların və məmulatların cari bazar qiymətlərinin təhlil edilməsi, qiymətləndirilməsi və smeta dəyərinə uyğunluğunun yoxlanılması;
Layihə icrası zamanı faktiki dəyişikliklərə əsasən smeta sənədlərinin yenilənməsi;
İcraçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
Smeta sənədləri əsasında iş həcmləri (BOQ) cədvəllərinin hazırlanması;
Smeta və xərclər üzrə zəruri təhlillərin aparılması.
Namizədə tələblər:
İnşaat mühəndisliyi və ya tikintinin-iqtisadiyyatı ixtisası üzrə ali təhsil;
Müvafiq sahə üzrə (smeta mühəndisliyi sahəsində) ən azı 3–5 il iş təcrübəsi;
Tikinti norma və qaydalarını (AzDTN, SNİP və s.), smeta hazırlanma qaydalarını bilməli;
AutoCAD, MS Office (xüsusilə peşəkar səviyyədə Excel) və dövlət smeta proqramında (e-semta.ttnd.az) sərbəst işləmək bacarığı;
İnşaat prossesi haqqında biliklər, analitik düşüncə, yüksək məsuliyyət və sənəd intizamı.
Təklif olunur:
Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
Peşəkar inkişaf;
Dövlət layihələrində iştirak etmək imkanı
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini [email protected] elektron ünvanına, mövzu hissəsində “Smeta mühəndisi” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.