İş yeri: Bakı şəhəri
İşin xarakteri: Bu vakansiya 4-5 ay müddətinə nəzərdə tutulub və daimi xarakter daşımır, xidməti müqavilə olacaq.
Tələblər
Memarlıq mühəndisliyi, inşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Building envelope sistemləri, şüşə və alüminium fasad mühəndisliyi, fasadlar üçün struktur yük hesablamaları, istilik və su izolyasiyası detalları, yerli və beynəlxalq tikinti normaları (ASTM, EN, BS)
Fasad mühəndisliyi və obyektdə quraşdırma nəzarəti sahəsində ən azı 5 il müvafiq təcrübə (kommersiya, yaşayış, otel təyinatlı tikinti layihələrində)
AutoCAD, MS Office və struktur/fasad analiz proqramlarını (məs., Strand7, RFEM və ya oxşarı) yaxşı bilmək
Fasad materiallarının sınaqdan keçirilməsi, struktur mühəndisliyinin əsasları və mürəkkəb memarlıq detallaşdırılması üzrə dərin anlayış
Güclü obyekt yoxlama bacarıqları və subpodratçılar və məsləhətçilərlə texniki müzakirələri idarə edə bilmək
Fasadın texniki detallaşdırılması və struktur analizin dəqiqliyi
Vaxtın idarə edilməsi
Komanda işi və effektiv ünsiyyət
Əsas vəzifə öhdəlikləri
Fasad sistemləri (pərdə divarları, struktur şüşələmə, üzlük və dam pəncərələri) üçün texniki layihə cizgilərini, hesablamaları və spesifikasiyaları hazırlamaq, yoxlamaq və qiymətləndirmək
Fasad elementlərinin obyektdə quraşdırılmasını, struktur möhkəmliyini, su keçirməzliyini və istilik göstəricilərini layihə standartlarına uyğunluq baxımından yoxlamaq
Texniki fasad qovşaqlarını və layihə uyğunsuzluqlarını həll etmək üçün obyekt memarları, struktur mühəndisləri və podratçılarla sıx əlaqə saxlamaq
Podratçıların təqdimatlarını (submittals), material nümunələrini, istehsal (shop) cizgilərini və maket (mock-up) test nəticələrini nəzərdən keçirmək
Obyektdə keyfiyyətə nəzarət (QA/QC) yoxlamaları aparmaq və ətraflı texniki yoxlama hesabatları hazırlamaq
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.