
Namizədə dair tələblər:
Cins: Kişi ;
Yaş: 25 - 45 yaş aralığında;
İş təcrübəsi müddəti: Minimum 3-5 il;
Təhsil: Müvafiq sahə üzrə ali təhsil ;
Digər tələblər: Tikinti çertyojlarını oxumaq və normativlərlə iş həcmlərini hesablamaq bacarığı;
MS Office Excel və Autocad proqramlarını yaxşı səviyyədə bilmək;
Smeta, BOQ və icra sənədləri ilə işləmək bacarığı.
Vəzifələr:
Sahə tərəfindən yazılan material tələb formalarının uyğunluğunu yoxlamaq, sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
Müəyyən edilmiş material, işçilik normalarının (miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq, işin gedişatını nəzarətdə saxlamaq, Layihə xərclərinin mütəmadi yoxlanılmasını icra etmək;
Tikinti aparılan sahələri mütəmadi yoxlamaq və çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
Tikintisi başa çatmış obyektlərə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazimi sənədlərin təqdim edilməsi;
Tikinti layihələri üzrə texniki sənədlərin hazırlanması və yoxlanılması;
Layihə çertyojlarının və texniki spesifikasiyaların təhlili;
Görülən işlərin həcmlərinin hesablanması və yoxlanılması;
Forma 1, Forma 2 və Forma 3 sənədlərinin hazırlanması və yoxlanılması;
Smeta və BOQ sənədlərinin təhlili;
İcra sənədlərinin (As-Built), aktların və hesabatların hazırlanması;
Tikinti işlərinin layihə sənədlərinə uyğunluğunun yoxlanılması;
Sifarişçi və podratçı ilə texniki sənədləşmə üzrə koordinasiyanın aparılması.
İş qrafiki :
Əməkhaqqı məbləği: Müsahibə əsasında.
Həftənin iş günləri: Həftədə 6 gün
Ünvan: Bakı şəhəri.
Vatsap: 0102411969
"Texniki Ofis Mühəndisi" qeyd edib Cv-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.