
İşin təsviri:
Təyin olunmuş sahələrdə yoxlamaların hazırlanması
Yoxlamalar zamanı aşkarlanmış uyğunsuzluqları, nəzarət boşluqlarını və qayda pozuntularını müəyyən etmək, onları daxili prosedurlara uyğun şəkildə sənədləşdirmək
Aparılmış yoxlamaların nəticələri əsasında risklər, müşahidələr və tövsiyələri əhatə edən analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə fəaliyyət planlarının icrasına nəzarət etmək, gecikmələr və ya yayınmalar barədə aidiyyəti tərəfləri məlumatlandırmaq.
Vəzifə funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında icra etmək.
Tələblər:
Təhsil – Ali
Əlaqəli sahələrdə 3-5 il iş təcrübəsi
Azərbaycan dili yaxşı, ingilis və ya rus dili üstünlükdür
MS office proqramları yüksək səviyyədə
Daxili nəzarət, komplayens və əməliyyat prosesləri üzrə yoxlamaları müstəqil şəkildə planlaşdırmaq, icra etmək və nəticələri qiymətləndirmək bacarığı.
Risk əsaslı audit və ya nəzarət proqramlarının, illik yoxlama planlarının və monitorinq tədbirlərinin hazırlanması üzrə praktiki təcrübə.
CIA (Certified Internal Auditor) və ya risklərin idarə edilməsi və daxili nəzarət sahələri ilə bağlı digər peşəkar sertifikatların mövcudluğu üstünlük hesab edilir.
İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 09:00 – 18:00;
Rəqabətli əməkhaqqı;
Könüllü tibbi sığorta;
Təlim və inkişaf imkanları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Daxili nəzarət və komplayens üzrə baş mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.