
Azərbaycan İdman Akademiyasının Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti
Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
Akademiyada keyfiyyət mədəniyyətinin formalaşdırılması, təşviqi və davamlı inkişafına yönəlmiş tədbir və layihələri həyata keçirmək;
Akademiyanın Strateji İnkişaf Planı çərçivəsində fəaliyyətlərin sistemləşdirilməsi və təhlilini təmin etmək;
Yerli və beynəlxalq akkreditasiya və özünüqiymətləndirmə sənədlərinin hazırlanmasında iştirak;
Müxtəlif sorğuların təşkili və nəticələrini təhlil etmək;
Departamentin illik və yarımillik fəaliyyət hesabatlarını hazırlamaq;
Keyfiyyət təminatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında departamentin fəaliyyət istiqamətinə uyğun müvafiq təkliflər hazırlamaq;
Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
Magistr təhsili (müvafiq sahə üzrə təhsil arzuolunandır);
Keyfiyyət təminatı və ya təhsil sahəsində 1-3 il iş təcrübəsi;
Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə işləmək bacarığı;
Kompüter bacarıqları (MS Office proqramları, xüsusilə Excel, məlumatların emalı bacarığı);
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili arzuolunandır);
Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti;
Dəqiqlik, məsuliyyətlilik, operativlik;
Komandada iş və işgüzar kommunikasiya bacarığı;
Çevik qərarvermə və dəyişkən iş mühitinə uyğunlaşma bacarığı;
Monitorinq və qiymətləndirmə bacarığı.
İş rejimi:
Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Müraciət qaydası:
Son müraciət tarixi: 30.08.2026
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.
Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.
Birbaşa link: https://sport.edu.az/az/vacancies/keyfiyyet-teminati-ve-telebelere-akademik-destek-departamenti-bas-mutexessis-vakansiyasi