“CAN-PA” MMC-yə “İstehsala nəzarət operatoru” vakansiyasına işçi tələb olunur.
İş haqqında məlumat:
İstehsala nəzarət operatorunun vəzifə öhdəlikləri
İstehsal prosesini operativ şəkildə izləmək və nəzarətdə saxlamaq;
İstehsal avadanlıqlarının və proseslərin düzgün işləməsinə nəzarət etmək;
İstehsal göstəricilərini, məhsul həcmini və prosesdə yaranan dəyişiklikləri qeyd etmək;
İstehsal zamanı yaranan nasazlıqlar və problemlər barədə məsul şəxslərə məlumat vermək;
İstehsal prosesinin müəyyən edilmiş plan və standartlara uyğun aparılmasını təmin etmək;
Məhsulun keyfiyyət göstəricilərinə və texnoloji tələblərə əməl olunmasına nəzarət etmək;
İstehsal üzrə gündəlik hesabatların və məlumatların hazırlanmasında iştirak etmək;
Xammal və materialların istehsal prosesində istifadəsinə nəzarət etmək;
Rəhbərliyin verdiyi və vəzifə üzrə digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Mikro proqramını bilən
1 il bu sahədə iş təcrübəsi olmalı;
İş qrafiki: 6 günlük, bazar istirahət
Müsfiqabad-Höküməli ərazisinə yaxın ərazidə yaşayanlar
Müraciət üçün: (051) 240 95 68 (whatsapp)-na CV-lərinizi göndərə bilərsiniz.
Və ya CV-nizi mövzu yerinə “İstehsala nəzarət operatoru” yazaraq [email protected] ünvanına göndərməyiniz xahiş olunur.