
Komandamıza qoşulmaq üçün məsuliyyətli, peşəkar və özünü inkişaf etdirməyə həvəsli xanım və bəyləri müraciət etməyə dəvət edirik.
İşin təsviri:
Müştərilərlə əlaqənin qurulması və müraciətlərin cavablandırılması
İT məhsulları və xidmətləri haqqında məlumat verilməsi
Satış sifarişlərinin qəbulu və məlumatların bazaya daxil edilməsi
Sənədlərin hazırlanması və yazışmaların aparılması
Satış prosesinə dəstək göstərilməsi
Namizədə tələblər:
Minimum 6 ay iş təcrübəsi
Kompüter bilikləri (MS Excel, PowerPoint və süni intellekt alətləri)
Süni intellekt alətləri ilə işləmə təcrübəsi
Ünsiyyət və səlis nitq bacarığı
Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı
Rus dili biliyi üstünlükdür
İT sahəsi üzrə bilik və bacarıqlara malik olan, bu istiqamətdə daha dərin biliklər əldə etmək və peşəkar inkişafını davam etdirmək istəyən namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
İş qrafiki: 5 günlük
İş saatları: 09:00–18:00
Əməkhaqqı: 500+ AZN
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində “Satış operatoru” qeyd edilməlidir.
Vatsap: 050-445-52-21
Bu sahə üzrə məlumatlı, bilik və bacarıqlarını daha da dərinləşdirmək istəyən peşəkar və məsuliyyətli xanım və bəylər müraciət edə bilərlər.