
Business Insight şirkətinin Müştəri Loyallığı Departamentinin Müştəri xidmətləri üzrə "Operator" tələb olunur.
TƏLƏBƏLƏR MÜRACİƏT ETMƏSİN.!
Tələblər:
Yalnız xanım namizədlər;
Operator vəzifəsində minimum 1 il iş təcrübəsi;
Kompüterdən istifadə bacarığı;
Yüksək kommunikasiya və səlis danışıq qabiliyyəti;
Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri:
Sorğuların həyata keçirilməsi;
Sahədən daxil olan anketlər üzrə səs yazılarının dinlənilməsi;
Təlimlərdə iştirak edilməsi;
Loyallıq proqramına yeni müraciət edən şəxslərin üzvlüyə qəbul edilməsi və məlumatlarının bazaya daxil edilməsi;
Daxil olan zəng və mesajların Excel faylında və ya müvafiq məlumat bazasında qeydiyyatının aparılması;
Proqram üzvlərinə xatırlatma mesajlarının göndərilməsi;
Qaynar xəttə daxil olan zəng və mesajların cavablandırılması;
Proqram üzvlərinin bonuslar, kampaniyalar və müsabiqələr barədə məlumatlandırılması;
Üzvlərdən daxil olan şikayət və təkliflərin qeydə alınması və aidiyyəti üzrə menecerə yönləndirilməsi;
Rəhbərliyə gündəlik hesabatların təqdim edilməsi.
İş şəraiti:
İş rejimi: həftədə 6 iş günü;
Bazar ertəsi – cümə: 09:00–18:00;
Şənbə: 10:00–17:00;
Əmək haqqı: 450 AZN.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Operator” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.