Əsas vəzifə öhdəlikləri:
Zəncirli ekskavatorun təhlükəsiz, səmərəli və düzgün idarə olunmasını təmin etmək;
Kvars qumu yatağında (karxanada) qazıntı, materialın çeşidlənməsi, özüboşaldan yük maşınlarına yüklənməsi və sahə işlərini təlimatlara uyğun yerinə yetirmək;
İşə başlamazdan əvvəl texnikanın (mühərrik yağı, hidravlik maye, zəncir gərilməsi və mexaniki hissələr) texniki vəziyyətini diqqətlə yoxlamaq;
Texnikanın gündəlik və dövri yağlama (şprisləmə/mətələmə) işlərini müstəqil və vaxtında həyata keçirmək;
İş zamanı yaranan istənilən texniki nasazlığa və sahədəki gözlənilməz hallara çevik, adekvat cavab vermək;
Aşkar edilmiş ciddi nasazlıqlar və ya risklər barədə dərhal birbaşa rəhbərə məlumat vermək;
Texnikanın təmizliyini, düzgün istismarını və yanacaq sərfiyyatına nəzarəti təmin etmək;
Texnikanın istismarı zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dəqiq riayət etmək.
Namizədə dair tələblər:
Zəncirli ekskavatorun idarə edilməsi üzrə minimum 5 il iş təcrübəsi;
Kvars qumu yataqlarında və ya karxanada iş təcrübəsinin olması arzuolunandır;
Ekskavatoru idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və Sürücü-Operator sertifikatının olması mütləqdir;
Zəncirli ekskavatorların mexaniki və hidravlik quruluşu, texniki baxış qaydaları haqqında dərin biliklər;
Gündəlik yağlama və texniki qulluq işlərini sərbəst icra etmək bacarığı;
Sahədə yaranan problemlərə operativ və adekvat reaksiya vermək bacarığı;
Məsuliyyətli, diqqətli, dözümlü və intizamlı olmaq;
Komandada işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Bakı (Balaxanı)
İş günləri: Həftədə 6 gün
Əməkhaqqı: Razılaşma yolu ilə
Şirkət tərəfindən nahar və xüsusi iş geyimi ilə təmin edilmə
Sınaq müddətindən sonra özəl tibbi sığorta
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.