
Vəzifə öhdəlikləri:
Məhsulların müəyyən edilmiş standartlara uyğun vakuum avadanlığı vasitəsilə paketlənməsini həyata keçirmək;
Paketlənən məhsulların keyfiyyətinə və qablaşdırmanın bütövlüyünə nəzarət etmək;
Qablaşdırma materiallarından düzgün və səmərəli istifadə etmək;
Vakuum avadanlığını təhlükəsizlik qaydalarına uyğun şəkildə idarə etmək;
İş sahəsinin təmizliyini və nizam-intizamını təmin etmək;
Rəhbərlik tərəfindən verilən istehsalat tapşırıqlarını vaxtında və dəqiq icra etmək.
Tələblər:
Minimum orta təhsil;
Paketləmə və ya istehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
Vakuum paketləmə avadanlığı ilə işləmək bacarığı üstünlük hesab olunur;
Fiziki iş görmək bacarığı;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Komandada işləmək bacarığı.
İstehsalat sahəsi Qaraçuxur ərazisində yerləşdiyi üçün yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək
İş qrafiki:
Həftədə 6 iş günü
İş saatı: 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “ Paketləyici" yazaraq göndərmələri və ya 0552058270 nömrəsinə cv göndərmənizi xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.