Vəzifə öhdəliyi:
İşçilər tərəfindən texnoloji, istehsalat və əmək intizamına riayət olunmasına nəzarət etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, gigiyena və yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət etmək;
Avadanlıqlarda aşkar olunan nasazlıqlar və qüsurlar barədə aidiyyəti şöbələrə məlumat vermək;
Avadanlıqların boşdayanması zamanı istehsal olunan məhsulların keyfiyyətinin qorunması üçün zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
İstehsal prosesinin idarə olunmasında və istehsalın planlaşdırılmasında iştirak etmək;
İstehsalın planlaşdırılması, işlərin normalaşdırılması və iş proseslərinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
Vəzifə öhdəliklərindən irəli gələn məlumatların məxfiliyini qorumaq;
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
Təhsil: Orta ixtisas və ya ali təhsil;
İş təcrübəsi: İstehsalat sahəsində minimum 2-3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili;
Kompüter bilikləri: Ms Office proqramları ilə işləmə bacarığı
İstehsalat proseslərinin təşkili və idarə olunması üzrə biliklərə malik olmaq;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komanda ilə işləmək və işçilərin fəaliyyətini koordinasiya etmək bacarığı.
İş Qrafiki:
5 günlük qrafik
İş saatları: 09:00-18:00
İş yeri: Sumqayıt şəhəri
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir
Üstünlüklərimiz:
Nahar
Servis
Könüllü tibbi sığorta
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Növbə rəisi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında: Müəssisəmiz 1999 - cu ildə təsis edilmişdir. Hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə üç böyük zavodu fəaliyyətdədir. Sumqayıt mərkəzi üzrə iki zavod, Şəmkir mərkəzi üzrə bir zavod mövcuddur. Markanın məhsullarını istehsal edən "Bismak" zavodu 06.04.2004 - cü il, “Çörəkçi” zavodu isə 14.01.2013 - cü ildə təsis edilmişdir. Zavodlarda ümumi 241 sayda məhsul çeşidi istehsal edilməkdədir.