
Şirkət haqqında
Balique müştərilərinə hər gün təzə və yüksək keyfiyyətli dəniz məhsulları təqdim edən etibarlı dəniz məhsulları marketidir. Şirkət dayanıqlı tədarük prinsiplərinə sadiq qalaraq geniş çeşiddə balıq və digər dəniz məhsulları təklif edir, yüksək xidmət keyfiyyəti və müştəri məmnuniyyətini əsas prioritet hesab edir.
Vəzifənin məqsədi
Müəssisədə müştərilərə yüksək səviyyədə xidmət göstərmək, satış prosesini düzgün və operativ şəkildə həyata keçirmək, kassa əməliyyatlarının dəqiq və şəffaf aparılmasını təmin etmək, pul və maddi vəsaitlərin qorunmasına nəzarət etmək və müəssisənin satış hədəflərinə çatmasına dəstək olmaq.
Vəzifə öhdəlikləri
Müştərilərə nəzakətli və operativ xidmət göstərir.
Kassa ətrafında olan malların satışını həyata keçirir və malların sayına nəzarət edir.
Kassa ətrafı malların etiketlənməsi,vitrinə yerləşdirilməsi.
Kassa aparatında düzgün əməliyyat aparır, nağd və nağdsız ödənişləri qəbul edir (POS-terminal vasitəsilə).
Satış qəbzlərini təqdim edir və gün sonu kassa hesabatını aparır.
Kassada olan pul vəsaitlərinin və sənədlərin qorunmasına cavabdehdir.
Satış etdiyi məhsulların son istifadə tarixlərinə nəzarət edir.
Bonus kartları ilə bağlı məlumatlandırma və müştəri datasının yaradılması
Wolt, Birmarket və Bolt sifarişlərinin qəbulu və hazırlanması
Online satış işçilərinin sifarişi, məhsulların hansı şəkildə hazırlanması barədə məlumat alıb, daha sonra sistemə əlavə etmək.
Müştərinin şikayət və təklifləri haqqında mütəmadi olaraq rəhbərliyə məlumat verir.
İş yerinin təmizliyini və səliqəsini təmin edir.
İnventarizasiya prosesində iştirak edir.
Tələblər:
Azərbaycan və rus dilində səlis danışıq bacarığı
Satış etmək bacarığı
Ünsiyyət və problem həll etmə bacarığı
Stressə davamlılıq və komandada işləmək bacarığı
İş şəraiti:
Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
Karyera inkişaf imkanı
Mehriban və peşəkar komanda
09:00-16:00, 15:00-21:00 iş saatlarıdır
Əmək haqqı 600+ bonus
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Kassir-satıcı” qeyd olunmalıdır.