
Komandamız genişlənir! Müxtəlif korporativ müştərilərin inşaat, texniki və təsərrüfat malları üzrə təchizatını həyata keçirən şirkətimizə məsuliyyətli və çevik Satınalma və Təchizat üzrə Mütəxəssis axtarırıq.
Vacib qeyd: İş modelimiz çoxsaylı korporativ müştərilərin müxtəlif məhsul tələblərinin eyni vaxtda idarə olunmasını nəzərdə tutur. Bu səbəbdən namizədin B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsinin olması əsas tələbdir.
Tələblər
Minimum 1 il B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsi;
Eyni vaxtda müxtəlif müştərilərin fərqli məhsul tələbləri ilə işləmə təcrübəsi;
Təchizatçıların axtarılması, qiymətlərin toplanması və müqayisəsi;
Təchizatçılarla qiymət, endirim və ödəniş şərtləri üzrə danışıqlar aparmaq bacarığı;
Sifarişlərin təqibi və vaxtında çatdırılmasına nəzarət;
MS Office, xüsusilə Excel proqramında sərbəst işləmək;
Azərbaycan dilində səlis danışıq və yazı;
Rus və ya İngilis dili biliyi üstünlükdür;
Operativ, diqqətli və məsuliyyətli olmaq.
Üstünlük veriləcək
İnşaat materialları və texniki avadanlıqlar üzrə təchizat təcrübəsi;
Geniş yerli təchizatçı bazası;
İnşaat, təsərrüfat və texniki məhsulların qiymətləri barədə bazar məlumatı;
Çoxsaylı məhsul kateqoriyaları ilə işləmək təcrübəsi.
Vəzifə öhdəlikləri
Korporativ müştərilərdən daxil olan məhsul tələblərinin araşdırılması;
Müxtəlif kateqoriyalar üzrə uyğun təchizatçıların tapılması;
Hər məhsul üzrə minimum 2–3 təchizatçıdan qiymət alınması və müqayisəsi;
Qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması;
Sifarişlərin yerləşdirilməsi və icrasının izlənilməsi;
Məhsulun keyfiyyəti, sayı, qiyməti və çatdırılma müddətinə nəzarət;
Alternativ məhsul və təchizatçıların araşdırılması;
Anbar və digər şöbələrlə koordinasiya;
Satınalma ilə bağlı hesabat və sənədləşmənin aparılması.
İş şəraiti
Məkan: Bakı, Əhməd Rəcəbli
İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00
Maaş: Təcrübə və bacarığa uyğun olaraq müsahibə zamanı razılaşdırılır
İş üçün korporativ nömrə təqdim olunur
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.