
İşəgötürən: Deluxe Park qusar (Bakı ofisi)
İş qrafiki: 5 gün
Öhdəliklər:
Korporativ müştəri bazasının genişləndirilməsi, yeni şirkətlərin cəlb edilməsi və tərəfdaşlıq əlaqələrinin qurulması;
Otel xidmətlərinin (yerləşdirmə, tədbirlər, restoran və s.) korporativ seqmentə satışı və peşəkar təqdimatların keçirilməsi;
Mövcud korporativ müştərilərlə əlaqələrin qorunub saxlanılması, sorğuların vaxtında və yüksək səviyyədə cavablandırılması;
Müqavilələrin bağlanması, şərtlərə nəzarət edilməsi və satış hesabatlarının rəhbərliyə vaxtında təqdim edilməsi.
Tələblər:
Cins: Xanım namizədlər
Dil bilikləri: Rus dili mütləqdir İngilis dili üstünlükdür
İş təcrübəsi: Otel sferasında satış və ya müştəri xidmətləri sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
Ezamiyyət imkanları: Regiona ezamiyyətlərə açıq olmaq;
Müştərilərlə peşəkar ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Aktiv, nəticəyə yönümlü və komandada işləmək bacarığı.
Təminatlar:
Əməkhaqqı (karyera və bonus);
Korporativ nömrə və rabitə təminatı;
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsinə "Satış Təmsilçisi" yazmaqla və əməkhaqqı gözləntilərini qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.