
Hazırda məhsulumuzun bazara çıxış və aktiv satış mərhələsinə başlayırıq. Bu mərhələdə komandamıza ZEON-un müştəri bazasının formalaşdırılması və böyüdülməsində birbaşa iştirak edəcək Sales & Business Development Specialist axtarırıq.
Vəzifənin əsas məqsədi
ZEON-un potensial müştərilərini müəyyən etmək, travel şirkətlərinin biznes ehtiyaclarını anlamaq, məhsulu təqdim etmək və bütün B2B satış prosesini ilkin kontaktdan müqavilənin bağlanmasına qədər idarə etmək.
Əsas vəzifələr
Travel agentlikləri, tur operatorları, DMC-lər və digər potensial B2B müştərilərin müəyyən edilməsi və onlarla əlaqələrin qurulması;
Yeni satış imkanlarının və potensial müştərilərin aktiv şəkildə araşdırılması;
Şirkət rəhbərləri və qərarverici şəxslərlə görüşlərin təşkili;
ZEON platformasının online və fiziki təqdimatlarının və məhsul demolarının keçirilməsi;
Müştərinin ehtiyaclarına uyğun həllərin və kommersiya təkliflərinin təqdim edilməsi;
Danışıqların aparılması və satış prosesinin müqavilənin bağlanmasına qədər idarə edilməsi;
Namizədə tələblər
B2B satış və ya Biznesin inkişafı sahəsində təcrübə;
Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
Satış prosesini müstəqil şəkildə idarə edə bilmək;
Azərbaycan, İngilis və rus dillərində danışıq bacarığı;
Təşəbbüskar, çevik və startup mühitində işləməyə açıq olmaq.
Üstünlük hesab olunur
Turizm sektorunda iş təcrübəsi və travel agentliklərinin biznes proseslərini bilmək;
ERP, CRM, SaaS və ya digər B2B texnologiya məhsullarının satışında təcrübə;
Biz nə təklif edirik?
Yeni TravelTech məhsulunun bazara çıxış mərhələsindən etibarən əsas komandanın bir hissəsi olmaq;
Rəqabətədavamlı əmək haqqı;
Satış nəticələrinə əsaslanan bonus və komissiya sistemi;
Azərbaycan bazarından başlayaraq regional bazarlara çıxan texnologiya məhsulu ilə işləmək;
CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Mövzu: Sales & Business Development Specialist — ZEON