
İş şəraiti
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. Əliəsgər Qayibov, EuroHome, Dərnəgül / Baku / 1029
Əməkhaqqı: 600 - 700 AZN
İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Şənbə: 10:00 – 14:00 (növbəli)
Bazar: İstirahət günü
İşin təsviri və əsas öhdəliklər:
Satış prosesi ilə bağlı sənədləşmə işlərinin icrası (hesab-faktura, təhvil-təslim aktları, QRP və müqavilələr);
Alış və satış sənədlərinin hazırlanması, yoxlanılması və sistemdə qeydiyyatı;
Müştərilərlə telefonla əlaqələrin saxlanılması, daxil olan sorğuların operativ cavablandırılması;
Müştərilər üçün rəsmi qiymət təkliflərinin (kommersiya təklifi) tərtib edilməsi və göndərilməsi;
Mühasibatlıq, anbar və logistika şöbələri ilə daxili koordinasiyanın və sıx əməkdaşlığın təmin edilməsi.
Namizədə dair tələblər:
Satış sənədləşməsi, kargüzarlıq və ya satış dəstəyi sahəsində ilkin iş təcrübəsi arzuolunandır;
İlkin sənədləşmə (qaimə, faktura, aktlar) ilə işləmə prinsiplərini bilmək;
MS Office proqramları (xüsusilə MS Excel) ilə işləmək bacarığı;
Səlis danışıq qabiliyyəti və işgüzar telefon ünsiyyəti bacarığı;
Məsuliyyətli, diqqətli və komandada işləmək həvəsi.
Göstərilən tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində "Satışa dəstək mütəxəssisi" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.